Rusiya Prezidenti Vladimir Putin ölkə hökumətinə Mərkəzi Bank, “Sber” və “Yandex”lə birgə süni intellekt sahəsində yeni texnologiyaların hazırlanması barədə tapşırıq verib.
Referans Media xəbər verir ki, Kremlin yaydığı yazılı göstərişə əsasən, Rusiya hökuməti Mərkəzi Bank, “Sber”, “Yandex” və digər qurumlarla əməkdaşlıq edərək süni intellekt istiqamətində texnoloji inkişafı sürətləndirəcək, eyni zamanda bu sahədə atılmalı olan növbəti addımlarla bağlı təkliflər hazırlayacaq.
Putin iqtisadiyyat, sosial sahələr və dövlət idarəçiliyi sektorlarında süni intellekt texnologiyalarının tətbiqi üçün milli planın hazırlanmasını da tələb edib. O, həmçinin Rusiya istehsalı olan süni intellekt modellərinə tələbatın artırılması məqsədilə zəruri tədbirlərin görülməsini tapşırıb.
