Putin onu vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin baş prokurorun müavini Gennadi Lopatini vəzifəsindən azad edib.

Müvafiq fərman noyabrın 25-də rəsmi hüquqi informasiya saytında dərc olunub.

“Gennadi Borisoviç Lopatin Rusiya Federasiyası Baş prokurorunun müavini vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.

Həmçinin qeyd edilir ki, Prezident Oleq Loqunovu Rusiya Federasiyası Baş Prokurorluğunun Kadrlar üzrə Baş İdarəsinin rəisi təyin edib./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki