Putin və Pezeşkian bu şəhərdə görüşəcəklər

İran və Rusiya Prezidentləri Məsud Pezeşkian və Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabadda görüşəcəklər.

Refeans Media “Axar.az“a istinadla xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.

Məlumata görə, görüş Beynəlxalq Sülh və Etibar İli, Beynəlxalq Bitərəflik Günü və Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunan forum çərçivəsində baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki