“Moskva silahlanma yarışına qoşulmaq niyyətində deyil və nüvə qüvvələrini zəruri yetərlilik səviyyəsində saxlayacaq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya və Belarusun birgə nüvə qüvvələri təlimi zamanı çıxış edən Putin bildirib ki, ölkə strateji və taktiki nüvə qüvvələrinin hazırlığını planlı şəkildə artırmağa davam edəcək.
Onun sözlərinə görə, Strateji Raket Qoşunları yeni stasionar və mobil raket kompleksləri ilə təchiz olunacaq.
Putin əlavə edib ki, Rusiya və Belarus yaxın illərdə də birgə hərbi təlimləri davam etdirəcək.//Globalinfo.az
