Almaniyanın avtomobil istehsalçısı Volkswagen sükan sistemində yaranan nasazlıq riski səbəbilə ABŞ-da 208 min 724 avtomobili geri çağırır.
Referans Media xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, geri çağırma 2018-2021-ci illərin bəzi avtomobil modellərinə aiddir.
Bildirilib ki, sükan qutusu boltundakı qüsur idarəetmənin itirilməsinə səbəb ola və qəza riskini artıra bilər.
Geri çağırmadan 2018-ci il “Tiguan”, 2018-2019-cu il “Atlas” və 2019-2021-ci il “Audi Q3” modellərinin müəyyən avtomobilləri təsirlənəcək.
Volkswagen səlahiyyətli dilerlər vasitəsilə geri çağırılan avtomobillərin sağ tərəfindəki sükan qutusu montaj boltunu ödənişsiz dəyişdirəcək.
