image-whatsapp-image-2026-04-26-at-123948backend

Qaraciyər sağlamlığı üçün nə içmək lazımdır?

Gündəlik çay içmək vərdişi orqanizmin əsas filtri olan qaraciyərin uzunömürlülüyünün açarı ola bilər.

Bitki mənşəli antioksidantlar iltihabla mübarizəyə kömək edir və zərərli maddələrin yığılmasına nəzarət edir.


Referans Media
 xəbər verir ki, bu barədə “Health” nəşri məlumat yayıb.Yaşıl çay

Bu içki tərkibindəki katexinlər sayəsində lider hesab olunur. Bu antioksidantlar orqanı hüceyrə zədələnməsindən qorumağa kömək edir. “Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, yaşıl çayın müntəzəm istifadəsi qaraciyər xəstəliklərinin daha aşağı riski ilə əlaqələndirilir.

Südqanqal çayı

Südqanqal əsrlərdir xalq təbabətində istifadə olunur. Alimlərin fikrincə, əsas təsiredici maddə toxumlardan əldə olunan silimarindir. “Appl Sci” jurnalında yayımlanan araşdırmaya əsasən, üç ay ərzində hər gün südqanqal qəbul edən yağlı qaraciyər xəstələri qanda GGT fermentinin və trigliseridlərin səviyyəsinin azaldığını qeyd ediblər. Təsirin orta səviyyədə olduğu bildirilsə də, silimarin ALT və AST göstəricilərinin nəzarətdə saxlanmasına kömək edir.

Jenşen çayı

Jenşen çayı güclü antioksidant xüsusiyyətlərə malik ginsenozidlər ehtiva edir. Mütəxəssislərin fikrincə, bu maddələr qaraciyərdə yağ yığılması zamanı fibrozun (çapıq toxumasının yaranması) qarşısını ala bilər. “J. Ginseng Res” jurnalında qeyd olunur ki, ginsenozidlər yağın qaraciyər hüceyrələrinə daxil olmasının qarşısını alaraq orqanı qoruyur. Lakin jenşenin bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyi vurğulanır.

Qara çay

Bu çay növü ümumi maddələr mübadiləsini dəstəkləyən polifenollarla zəngindir. “Br. J. Nutr” jurnalında dərc olunan araşdırmaya görə, gündə üç fincandan bir qədər çox qara çay içilməsi yağlı qaraciyər xəstəliyi riskinin azalması ilə əlaqəlidir.

Hibiskus çayı

“Hibiscus sabdariffa” bitkisindən hazırlanan bu içki antosianinlərlə zəngindir. “Pharmaceuticals” jurnalında verilən məlumatlara görə, hibiskus arterial təzyiqi və qanda şəkər səviyyəsini azaltmağa kömək edir. Bu isə vacibdir, çünki qaraciyər xəstəlikləri tez-tez 2-ci tip diabet və yüksək xolesterinlə müşayiət olunur.

Zəncəfil çayı

Zəncəfil kökü iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. “Afr Health Sci” jurnalında aparılan təhlilə görə, zəncəfil əlavələri ALT fermentinin səviyyəsini və insulin müqavimətini azalda bilər. Onun sərbəst radikalları neytrallaşdırmaq qabiliyyəti qaraciyər zədələnməsini ləngidir və ürək-damar fəsadları riskini azaldır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki