Türkiyənin Balıkəsir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Referans Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonudur.
Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələnin ocağı yerin 10,55 kilometr dərinliyində yerləşib.
