Sentyabrın 4-də Şahbuz rayonunda baş verən dəhşətli avtomobil qəzasında həyatını itirən Pərvin Şıxəliyev əsgərlikdən yenicə qayıtmışdı.
Referans Media xəbər veriri ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qarşıda onu həyatının ən gözəl günlərindən biri, nişanı gözləyirdi: "Amma qurduğu bütün xəyallar bir qəza ilə yarımçıq qaldı".
E.İslamoğlu qeyd edib ki, Pərvinin bacısı da həmin qəza zamanı avtomobildə olub: "Ağır yaralı vəziyyətdə xəstəxanada müalicə olunur"./axar.az/
