"İsrailin təxribat və intriqaları ucbatından başlayan müharibənin bədəlini yalnız İran xalqı və Fars körfəzindəki qardaş ölkələrimiz deyil, birbaşa cəlb olunub-olunmamasından asılı olmayaraq, hər kəs ödəyir".
Referans Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Növbəti dəfə İsrailin yalanları və təxribatları regionumuza çox ehtiyac duyulan nəfəsliyini gətirə biləcək İslamabad sazişini pozdu.
Sülhün ən kiçik imkanını belə təhdid kimi görən bu radikal təfəkkür tərzi dəyişməzsə, regionumuzdakı böhran fırtınası səngiməyəcək",-deyə Turkiyə Prezidenti əlavə edib./"Unikal"/
