Prezidentin əri Zənzibar adasında öldü

Tanzaniya prezidenti Samia Suluhunun əri Həsən Hafid Ameyr Həsən ürək xəstəliyindən Zənzibar adasındakı xəstəxanada vəfat edib. 

"Tanzaniya prezidenti Samia Suluhu Hasanın əri Hafid Ameyr Hasanın vəfatını dərin kədərlə elan edirəm", - Referans Media-ın xarici mediaya istinadən xəbərinə görə, ölkənin vitde-prezidenti Deoqratius Ndembebi bildirib.

Dövlət başçısının əri yerli vaxtla səhər saat 8:00 radələrində Emilio Mzena Xəstəxanasında vəfat edib və hazırda Kizimkazi kəndində dəfn mərasimi keçirilir.

Ameyr Həsən peşəkar aqronom idi, nadir hallarda ictimai tədbirlərdə iştirak edirdi və 1978-ci ildən bəri Samia Suluhu Həsənlə evli olub və onunla birlikdə dörd uşaq böyüdüb.
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki