Azərbaycan elminə AĞIR İTKİ - Tanınmış professor vəfat etdi

Azərbaycanın tanınmış geofizik alimi, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Pərviz Məmmədov 89 yaşında dünyasını dəyişib.

Referans Media  xəbər verir ki, 1937-ci ildə Bakı şəhərində anadan olan Pərviz Məmmədov Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-geofizik ixtisası üzrə bitirib. O, elmi fəaliyyəti dövründə seysmik dalğaların spektral analizinin geoloji effektliliyini tədqiq edib, Cənubi Xəzər meqaçökəkliyinin öyrənilməsində və seysmostratiqrafiya üsulunun inkişafında mühüm elmi nailiyyətlərə imza atıb.

Alim uzun illər Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, elmi işlər üzrə prorektor və rektor vəzifələrində çalışıb.

Beynəlxalq elmi ictimaiyyətdə yüksək nüfuza malik olan akademik 240-dan artıq elmi əsərin müəllifi olub. Onun rəhbərliyi ilə çoxsaylı elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb. Pərviz Məmmədov elmi nailiyyətlərinə görə “Görkəmli geofizik S.Q.Komarov” adına medala, akademik M.Əliyev adına mükafata və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.

Allah rəhmət eləsin!/NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki