Ermənistanın silahlı hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamı Narek Nalbandyanı saxlayıblar.
Referans Media xəbər verir ki, bu barədə "İşxanutyun" xəbər agentliyi məlumat yayıb.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları proses zamanı Narek Nalbandyanın avtomobilini saxlayaraq onu saxlayıblar. Video hadisə yerində olan vətəndaşlar tərəfindən lentə alınıb. Xatırladaq ki, Nikol Paşinyan Nalbandyanın onun və ailəsinin əsəblərinə toxunduğunu və onunla çox qəddar rəftar edəcəklərini bildirmişdi”, - deyə veb sayt yazır.
