"Oskar" mükafatlı Hollivud ulduzu Syuzan Sarandon Fələstinlə bağlı mövqeyinə görə son üç ildə istədiyi rolları ala bilmədiyini açıqlayıb.
Referans Media xəbər verir ki, aktrisa bu barədə "Venesiya Film Festivalı"nda keçirilən mətbuat konfransında danışıb.
Sarandonun sözlərinə görə, bəzi agentliklər aktyorlara onunla işləməməyi tövsiyə edir:
“Artıq üç ildir ki, istədiyim rolları ala bilmirəm. Çünki bəzi agentliklər insanlara mənimlə işləməməyi məsləhət görür. Bunun səbəbi Fələstini dəstəkləməyimdir”./Axşam.az/
