Məktəbəqədər təhsil müəssisələri gələcəyimiz olan uşaqların fiziki və mənəvi inkişafının təməl daşı olmalıdır. Lakin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 16 saylı körpələr evi-uşaq bağçasında yaşananlar bu müqəddəs ocağın rəhbərliyi tərəfindən şəxsi maraqlar poliqonuna çevrildiyini göstərir. Müəssisənin direktoru Səbinə Sultanovanın idarəçiliyi altında həyata keçirilən qanunsuzluqlar artıq dözülməz həddə çatıb.
Bağça direktoru haqqında ən ağır və mənəviyyata sığmayan ittiham dövlətin körpə uşaqlar üçün ayırdığı ərzaq paylarının mənimsənilməsidir. Şahidlərin və mövcud məlumatların iddiasına görə, bağçaya daxil olan ərzaq məhsulları uşaqların süfrəsinə deyil, birbaşa direktorun şəxsi ehtiyaclarına yönəldilir.
Dövlətin körpələrin sağlam böyüməsi üçün ayırdığı südü, əti, yağı oğurlayıb öz evinə daşıyan bir rəhbər hansı mənəviyyatdan danışa bilər? Körpə uşağın boğazından kəsərək öz övladına ruzi aparmaq təkcə qanun pozuntusu deyil, həm də ağır vicdan və mənəviyyat problemidir. Səbinə Sultanova anlamalıdır ki, uşaqların haqqına girmək gələcəyə xəyanətdir.
Dövlət büdcəsindən pay alan saxta adlar sxemi: Maaş kartları kimin cibindədir?
Bağçadakı korrupsiya piramidası təkcə mətbəxlə məhdudlaşmır. İddia olunur ki, müəssisədə adı gedən, lakin özləri işə gəlməyən bir qrup “işçi” ordusu saxlanılır:
Güləliyev Samir
Aslanova Aytən
Məmmədova Əfsanə
Həsənova Mehparə
Bu şəxslərin sadəcə sənəd üzərində adı var, lakin iş prosesində onları görən yoxdur. Ən biabırçı məqam isə odur ki, bu şəxslərin adına açılmış maaş kartları “hörmətli” direktorun cibindədir. Dövlətin büdcəsindən ayrılan vəsaiti bu yolla mənimsəmək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövləti aldatmaqdır. Bu, birbaşa cinayət tərkibli əməldir.
Səbinə Sultanova bağçanı öz şəxsi mülkü, dövlət büdcəsini isə şəxsi xəzinəsi kimi idarə edir. “Dövlət büdcəsindən pay alan saxta adlar.” vasitəsilə büdcə vəsaitlərini talamaq və uşaqların qidasını mənimsəmək həm Abşeron Rayon İcra Hakimiyyətinin, həm də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin diqqət mərkəzində olmalıdır.
Bu material bir xəbərdarlıq və ictimai qınaqdır. Qanunsuz əməllərin üstü örtülməməli, körpələrin haqqı bərpa edilməlidir. Ümid edirik ki, müvafiq hüquq-mühafizə orqanları 16 saylı uşaq bağçasındakı bu özbaşınalıqla bağlı ciddi araşdırmalara başlayacaq və Səbinə Sultanovanın fəaliyyətinə hüquqi qiymət veriləcək.
Yazıda adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.























