image-gozaltindaki-eski-vali-tuncay-sonelin-ilk-sozleri_64864b09da_ampbackend

Türkiyədə səs-küylü istintaq: Keçmiş qubernator saxlanıldı

Türkiyədə 2020-ci ildə itkin düşən universitet tələbəsi Gülistan Doku ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Tuncay Sonel polisə ifadə verməkdən imtina edib.

Referans Media xəbər verir ki, keçmiş Tunceli qubernatoru olan Sonel “sübutları gizlətmək” ittihamı ilə saxlanılaraq ədliyyəyə göndərilib.

O, polis sorğusu zamanı belə deyib: “Mən dövlətin qubernatoruyam, polis idarəsində ifadə vermərəm. Susma haqqımdan istifadə edirəm.”

Elazığ şəhərində saxlanılan Sonel daha sonra avtomobillə Erzurum şəhərinə aparılıb. Burada Polis İdarəsi İctimai Təhlükəsizlik şöbəsində onun 3 günlük dindirilməsi həyata keçirilib. Sorğu başa çatdıqdan sonra Sonel prokurorluqda ifadə verməsi üçün məhkəməyə göndərilib.

Munzur Universitetinin tələbəsi olan 21 yaşlı Gülistan Doku 5 yanvar 2020-ci ildən etibarən itkin düşüb. Hadisə ilə bağlı başladılan cinayət işi çərçivəsində Türkiyənin 7 vilayətində əməliyyat keçirilib və 11 nəfər saxlanılıb.

İstintaq çərçivəsində Tuncay Sonelin oğlu Mustafa Türkay Sonel və onun mühafizəçisi də həbs olunan şəxslər arasında yer alıb. Bu səbəbdən Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən Tuncay Sonel vəzifəsindən kənarlaşdırılıb.

Hazırda istintaq Türkiyənin qanunvericiliyinə uyğun olaraq Erzurum Prokurorluğu tərəfindən davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki