image-pervin-qulibackend

Pərvin Quliyevaya vəzifə verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Bu barədə Referans Media-ya  BŞTİ-dən məlumat verilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Pərvin Quliyeva 2021-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, 2023-2024-cü illərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, 2024-2026-cı illərdə Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki