Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda növbəti dəfə torpaq sürüşməsi baş verib.

Referans Media xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yolun 30-cu km-də bir neçə gün əvvəl baş verən sürüşmə yenidən qeydə alınıb.

Sürüşmə səbəbindən yolda hərəkət tam dayanıb. Xınalıq kəndi və həmin istiqamətdə yerləşən 8 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hazırda yol təsərrüfatı işçiləri yolun açılması istiqamətində işlərə başlayıb.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki