Məşhur futbolçu ölümdən döndü - ANBAAN VİDEO

Bir vaxtlar “Antalyaspor”un formasını geyinmiş Andros Taunsend Tailandda oyunöncəsi isinmə hərəkətləri zamanı qəza yaşayıb.

Referans Media bildirir ki, 35 yaşlı ingilis futbolçu meydanın baxımında istifadə olunan ağır silindrin altında qalıb.

Ətrafdakıların müdaxiləsi nəticəsində futbolçu xilas edilib. Tibbi müayinələr zamanı onun ciddi xəsarət almadığı müəyyənləşib və Taunsend meydana çıxa bilib.

super-ligin-eski-yildizi-andro-20255064-9873_1_m.jpg (97 KB)

Qeyd edək ki, Andros Taunsend karyerası ərzində İngiltərənin müxtəlif klublarında çıxış edib. Futbolçu karyerasını “Praçuap” klubunda davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki