"Real" Cud Bellinqemlə müqaviləni uduzacaq?

İspaniyanın "Real" klubu yarımmüdafiəçisi Cud Bellinqemlə müqavilənin müddətini uzatmağa yaxındır.

Referans Media xəbər verir ki, yeni sözləşmə 2032-ci ilə qədər nəzərdə tutulub.

23 yaşlı ingiltərəli futbolçunun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, C.Bellingem 2023-cü ildən Madrid təmsilçisinin şərəfini qoruyur. Yarımmüdafiəçi "Kral klubu"nun heyətində 147 matçda forma geyinib, 49 qol vurub və 36 məhsuldar ötürmə verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki