Cəlilabadda 3 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, “Toyota Prius” markalı avtomobil “VAZ-21099” markalı nəqliyyat vasitəsini ötmək istəyərkən manevri düzgün yerinə yetirməyib. Nəticədə “Toyota Prius” əvvəlcə “VAZ-21099”a çırpılıb.

Zərbədən sonra idarəetməni itirən “Toyota Prius” qarşı istiqamətdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralananlar 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyevdir. Onları tibbi yardım üçün xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki