“Neftçi” kapitanlarla bağlı qərar verdi

“Neftçi” klubu kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.

Referans Media  klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik yeni anlaşma əldə olunub.
Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən “ağ-qaralar”ın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində bizimlə olub və 25 rəsmi oyun keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki