Rusiyada güclü partlayış: ölən və yaralılar varbackend

Rusiyada güclü partlayış: ölən və yaralılar var

  Rusiyanın Ryazan şəhərində “Malina” ticarət mərkəzinin yaxınlığında partlayış baş verib.

Referans xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Agentliyin mənbəsinin verdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. İlkin məlumata görə, hadisə yerində əldəqayırma partlayıcı işə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində zərərçəkənlərdən birinin ayağı qopub. Digər zərərçəkənlərin vəziyyəti və xəsarətləri barədə məlumat yoxdur./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki