Rusiyada güclü partlayış: Ölən və yaralılar varbackend

Rusiyada güclü partlayış: Ölən və yaralılar var

  Volqoqrad vilayətinin Voljski şəhərində yerləşən boru zavodunda güclü partlayış baş verib.

Hadisə nəticəsində dörd işçi xəsarət alıb, bir nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara əsasən, insident zavodun emalatxanalarından birində aparılan təmir işləri zamanı baş verib. Borunun depressurizasiyası nəticəsində yüksək təzyiqli buxarın sızması faciəyə səbəb olub.

Yaralanan şəxslərə müxtəlif dərəcəli termik yanıq diaqnozu qoyulub. Həkimlər onlardan ikisinin vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, bu, Rusiya zavodlarında son günlərdə baş verən yeganə hadisə deyil. Bir qədər əvvəl Nijni Novqorod vilayətindəki Zavoljski Motor Zavodunda da partlayış baş verib./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki