İrandan ABŞ-a XƏBƏRDARLIQ: "Hörmüz"lə bağlı heç nə əvvəlki kimi olmayacaq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ ilə yaşanan münaqişədən sonra Hörmüz boğazının idarə olunması əvvəlki vəziyyətinə qayıtmayacaq və Tehran bu strateji su yoluna nəzarəti əlində saxlayacaq.

Referans Media  xəbər verir ki, Qalibaf İsveçrədən qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq qaydalara riayət olunacaq, lakin boğazın idarəçiliyində əsas rol İrana məxsusdur.

 
Eyni zamanda, Oman və İranın xarici işlər nazirləri Bədr əl-Busaidi və Abbas Əraqçi Maskatda keçirilən görüş zamanı Hörmüz boğazında gəmilərin təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsinə sadiq olduqlarını bəyan ediblər.
Oman XİN rəhbəri bildirib ki, tərəflər İran və ABŞ arasında imzalanan qarşılıqlı anlaşma memorandumunu, xüsusilə də Hörmüz boğazı ilə bağlı müddəaları ətraflı müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki