image-zaxarova-1backend

Rusiyanın İsfahandakı Baş Konsulluğuna ziyan dəydi – Zaxarova diplomatik toxunulmazlıq tələb etdi

Yaxın Şərqdə artan qarşıdurmalar diplomatik nümayəndəlikləri də təsir etməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İranın İsfahan şəhərində yerləşən Rusiyanın Baş Konsulluğu binası həftə sonu baş verən hücum zamanı zərər görüb. Zaxarova diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

Referans Media xəbər verir ki, Rusiyanın İsfahan Baş Konsulluğu binası 8 mart tarixində baş verən hücumda zərər görüb.

Hücum zamanı bina və ətrafdakı evlərin pəncərələri dağılıb, bir neçə əməkdaş partlayış dalğasından təsirlənib. Hücum nəticəsində xəsarət alan olsa da, can itkisi qeydə alınmayıb.

Mariya Zaxarova qeyd edib ki, Yaxın Şərqdə davam edən qarşıdurmalar getdikcə intensivləşir və bir çox ölkə vəmülki əhali bundan əziyyət çəkir. İsfahanda qubernatorluq binasına edilən hücum zamanı Başkonsulluq binasının da zədələndiyini bildirən Zaxarova deyib: “Bina və ətrafdakı evlərin pəncərələri parçalandı, bir neçə əməkdaş partlayış dalğasından təsirləndi.”

Zaxarova diplomatik nümayəndəliklərin hədəf alınmasının beynəlxalq hüququn ciddi pozuntusu olduğunu vurğulayıb və bütün tərəflərə diplomatik missiyaların toxunulmazlığına hörmət göstərməyə çağırıb: “Diplomatik nümayəndəliklərə qarşı hücumlar beynəlxalq hüququn əsas prinsiplərini pozur. Bütün tərəflərdən diplomatik strukturların toxunulmazlığını qorumağı və personalın zərər görməsindən çəkinməyi tələb edirik.”

Zaxarova həmçinin tərəflərə qarşıdurmaları dayandırmaq və gərginliyi aradan qaldırmaq üçün danışıqlar masasına qayıtmaq çağırışı edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki