“Fənərbaxça” İdarə Heyəti, Prezident Sadettin Saranın saxlanılmasından sonra fövqəladə yığıncaq keçirib. Saran həbs olunarsa, vəzifəni kimə təhvil verəcəyi qərara alınıb.
Referans Media xəbər verir ki, “Fənərbaxça” Prezidenti Sadettin Saranın İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində saxlanılmasından sonra “Fənərbaxça” İdarə Heyəti fövqəladə toplaşdı.
Klub binasında keçirilən yığıncaqda, Sadettin Saran həbs olunarsa izləniləcək yol xəritəsi müəyyənləşdirildi. Saran həbs olunarsa “Fənərbaxça” Prezident Vəkili Murat Saların vəzifəni təhvil almasına qərar verildi.
“Fənərbaxça” İdarə Heyəti üzvü Ertan Torunoğulları yığıncaqdan sonra açıqlama verib:
“İdarə heyəti olaraq burada yığıncağımızı keçirdik. Hamımız vəzifəmizin başındayıq. Transfer daxil hər şey qaydasında aparılır. Biz idarə heyəti olaraq səhər saat 09:00-da Çağlayanda olacağıq. Bütün idarə heyəti üzvləri vəzifəmizin başındadır. Daha çox çalışacağıq. Prezidentimizin göstərişidir, sakit olaq, prosesi izləyək. Vəkillərimiz bizə lazım olan məlumatları verir, biz də paylaşacağıq. Səhər Çağlayandan xoşbəxt şəkildə qayıdacağıq.”






















