Trendyol 1-ci Liqada Sakaryasporun Sivasspor ilə qarşılaşdığı oyunda qırmızı kart görən və bu mövsüm oynadığı 12 oyunda 4-cü dəfə meydandan çıxarılan Caner Erkin heyətdən kənarlaşdırılıb. Yeşil-qaralı klubun rəhbərliyi bu qərarı təcrübəli futbolçuya bildirib.
Referans Media xəbər verir ki, Sakaryasporun Özbelsan Sivasspora 4-1 hesabı ilə uduzduğu oyunda kapitan Caner Erkin, 45+1-ci dəqiqədə ikinci sarı kartdan qırmızı kart alaraq meydandan çıxarılıb. Bu, onun bu mövsüm 12-ci oyunda 4-cü qırmızı kartıdır və oyundan çıxarılması azarkeşlər arasında ciddi etirazla qarşılanıb.
Sivasdan qayıdan futbolçuları qarşılayan azarkeşlər, Caner Erkini gördüklərində həm alqış, həm də şifahi etirazla reaksiyalarını göstəriblər. Onlar “Assolist”, “Bravo Caner” və “Caner Erkin rekordlar qırdı!” kimi sözlərlə fikirlərini ifadə ediblər.
Yaşanan hadisələrdən sonra Sakaryaspor rəhbərliyi 37 yaşlı milli futbolçuya qarşı ciddi addım atıb. Caner Erkin, klub tərəfindən heyətdən kənarlaşdırılıb və bu qərar birbaşa futbolçuya bildirilib.






















