Sağlamlıq üçün nə yediyimiz qədər, nə vaxt yediyimiz də vacibdir. Son araşdırmalar göstərir ki, şam yeməyinin vaxtı yuxu keyfiyyətinə, çəkiyə və maddələr mübadiləsinə birbaşa təsir edir.
Referans Media xəbər verir ki, amerikalı məşhir diyetoloq Melissa Groves Azzaro bildirib ki, ideal şam yeməyi saat 19:00-a qədər və ya gün batmazdan əvvəl yeyilməlidir.
Bunun əsas səbəbi bədənin daxili saatını qorumaqdır. Erkən yemək qan şəkərini tənzimləyir, həzmi asanlaşdırır və yuxunu rahatlaşdırır.
Gec saatlarda, xüsusilə 21:00-dan sonra yemək yemək isə insulin balansını pozur və ürək-damar xəstəlikləri riskini artırır.
Əsas qayda isə budur: yemək ilə yuxu arasında ən az 2-3 saat fasilə olmalıdır.
Əgər erkən yemək mümkün deyilsə, əsas kaloriləri günün birinci yarısında qəbul etməyə, axşam isə daha yüngül qidalanmağa çalışın. Unutmayın ki, erkən şam yeməyi həm sağlam qalmağın, həm də çəkiyə nəzarət etməyin ən sadə yoludur.sfera.az























