İngiltərədə siqaret və tütün məhsulları ilə bağlı diqqətçəkən qərar qəbul edilib.
Referans Media xəbər verir ki, parlamentdə təsdiqlənən yeni qanuna əsasən, 2009-cu ildən sonra doğulan şəxslər həyatları boyunca siqaret və digər tütün məhsullarını satın ala bilməyəcəklər.
Qeyd olunur ki, bu addım tütün istifadəsinin gələcəkdə tamamilə aradan qaldırılmasına yönəlmiş uzunmüddətli strategiyanın tərkib hissəsidir. Qanunun mərhələli şəkildə tətbiqi planlaşdırılır və məqsəd yeni nəsillərin siqaretdən uzaq böyüməsini təmin etməkdir.
Bildirilir ki, qərar ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, onun iqtisadi və sosial təsirləri ilə bağlı müzakirələr davam edir./Globalinfo.az























