image-der85backend

1 avroya evlər satışa ÇIXARILDI

İtaliyanın Viçentsa vilayətindən şimalda yerləşən 10 bələdiyyədən ibarət assosiasiya dağlıq bölgələrə həyatı qaytarmaq və əhalinin köçünün qarşısını almaq məqsədilə köhnəlmiş daşınmaz əmlakları simvolik olaraq 1 avroya satışa çıxarıb.

Referans Media xəbər verir ki, bu təşəbbüs “Pnrr Green Communities” proqramı çərçivəsində Pasubio Pikkole Dolomiti Dağ İcmaları Birliyi tərəfindən irəli sürülüb.

“Leggo.it” nəşrinin yazdığına görə, müraciət müddəti aprelin 16-da başa çatsa da, rəqəmlər layihəyə olan böyük marağı təsdiqləyir. Birliyin ofislərinə ümumilikdə 78 rəsmi alış təklifi daxil olub ki, onlardan 9-u birbaşa xaricdən, 5-i isə İtaliyada yaşayan əcnəbi vətəndaşlardan gəlib.

İlkin olaraq istifadəsiz kimi qeyd edilən 385 obyektdən 24 bina faktiki olaraq satış bazarına çıxarılıb.

Birlik prezidenti və Monte-di-Malo şəhərinin meri Moze Skvartson bu əməliyyatı “pula deyil, həyata qoyulan investisiya” kimi xarakterizə edib.

Mer qeyd edib ki, əsas məqsəd müasirlik və rahatlıq axtarışı səbəbindən boşalmış ərazilərə insanları yenidən qaytarmaqdır.

Köhnə evlərə investisiya qoymağa hazır olan alıcıların yekun siyahısı may ayının əvvəlində elan ediləcək. (Musavat.com)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki