image-sirlibackend

“Gənclik mənbəyi” tapıldı: yerdə bitir, insanı cavanlaşdırır

Rusiyanın Ural vilayətinin Ziqalqa Milli Parkında Qırmızı Kitaba daxil edilmiş nadir, cavanlaşdırıcı göbələk aşkar edilib.

Referans Media  xəbər verir ki, söhbət “cadugər qazanı” kimi tanınan Sarcosoma globulosa göbələyindən gedir.

Bildirilir ki, onun tərkibindəki “torpaq yağı” kimi tanınan maddə cavanlaşdırıcı təsirə malikdir. İddia edilir ki, yağ və amin turşuları ilə zəngin olan bu maddə kollagen istehsalını stimullaşdırır, sinir gərginliyini aradan qaldırır və oynaqların fəaliyyətini yaxşılaşdırır.

Lakin alimlər “gənclik mənbəyi” ləqəbini alan göbələyin bu xüsusiyyətlərinin hələ elmi cəhətdən sübut olunmadığını vurğulayırlar./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki