“Şamaxinka”da 36 yaşlı kişi faciəvi şəkildə öldü – FOTO

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Referans.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şərur rayon sakini 1989-cu il təvəllüdlü Kamal

Cəlalov gecə saatlarında “Şamaxinka” adlanan ərazidə səkidə ehtiyatsızlıqdan yıxılıb. Başı səkiyə çırpılan şəxs hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki