Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Aviasiya strategiyası və biznes təhlili şöbəsinə rəhbər təyin edilib.
Bu vəzifə Şamil Müzəffərliyə həvalə olunub.
Ş.Müzəffərli bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baş məsləhətçi olaraq çalışıb.
Qeyd edək ki, AZCON Holdinq 2024-cü ildə yaradılıb. Holdinqin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, icraçı direktoru isə Şahin Babayevdir./Plat.az/
