Şəhər quşları kişilərə daha yaxın, qadınlardan isə daha tez uzaqlaşır – səbəb nədir?

Avropanın müxtəlif şəhərlərində aparılan yeni araşdırma göstərir ki, göyərçin, sərçə və sağsağan kimi şəhər quşları qadınlarla müqayisədə kişilərə daha çox yaxınlaşır və onları daha az təhlükə kimi qəbul edir.

British Ecological Society jurnalında yayımlanan tədqiqatda 37 növ üzrə 2 mindən çox müşahidə aparılıb. Nəticələrə görə, quşlar qadınlar yaxınlaşanda daha tez uzaqlaşır, kişilərə isə təxminən 1 metr daha çox yaxınlaşmağa imkan verir.

Alimlər bunun dəqiq səbəbini hələ izah edə bilməsə də, quşların insanları bədən dili və davranışlarına görə fərqləndirə biləcəyi ehtimal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki