Şəkər və duzun dadı harada qaldı? Vərdişlərimizin gizli təsiri

“Məsələ ilə bağlı geniş araşdırmalar aparılır və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsullar mütəmadi olaraq yoxlanılır. Əgər bir məhsulun sertifikatı varsa, bu, onun müəyyən standartlara uyğun istehsal edildiyini göstərir. Təbii ki, seçim edərkən məhsulun sertifikatına və istehsalçı şirkətə diqqət yetirilməlidir. Bəzən mütəxəssislər deyirlər ki, guya duza müxtəlif qatqılar əlavə olunur. Bəli, biz də süfrə duzunun həddindən artıq istifadəsini tövsiyə etmirik. Çünki bu duzlara axıcılığı artırmaq, rəngi qorumaq və görünüşünü yaxşılaşdırmaq üçün müəyyən qatqı maddələri əlavə olunur. Bunlar qadağan olunmuş səviyyədə deyil, lakin mütəmadi istifadəsi orqanizmə zərər verə bilər. Həmin qatqılar duzun dadına birbaşa təsir etməsə də, onun təbii tərkibini dəyişdirməsi mümkündür”.

Mütəxəssisin sözlərinə görə, bir insan gündə təxminən 5-20 qram arası duz qəbul edə bilər:

Ağa Salamov insanlara müraciət edib:

“Orqanizm artıq daha çox duz tələb edir. Bu vərdişi qırmaq üçün fast fooddan uzaqlaşmaq, restoranlarda daha az qida qəbul etmək lazımdır. Milli mətbəximizdə isə duz miqdarı balanslıdır və bu da sağlamlıq baxımından daha faydalıdır. Sadəcə bir dəfə fast foodda və bir dəfə milli yeməkdə eyni xörəyi yeyin, fərqi dərhal hiss edəcəksiniz. Hazırda insanlar həm duzlu, həm də şirin yeməklərə çox meyllidirlər. Şəkərli məhsullar, un məmulatları və fast food məhsullarını çox istehlak etdikləri üçün orqanizm artıq daha az duzla qane olmur. Məsələn, 200 qramlıq bir yeməyə 2 qram duz yetərlidirsə, insanlar 5 qram duz əlavə etdikdə dadını normal sayırlar. Əlbəttə, bazarda bəzən duza nişasta və ya digər maddələr qatıldığı hallar olur. Məsələn, sümük tozu və s. Lakin qeyd etmək lazımdır ki, sertifikatı olan məhsullar dövlət nəzarətindədir və bu cür halların qarşısı alınır. Ona görə də insanlar mümkün qədər yerli istehsal olan, xüsusilə də Naxçıvan duzuna üstünlük verməlidirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki