TƏCİLİ: Türkiyənin məşhur müğənnisi reanimasiyaya yerləşdirildi - FOTO

2000-ci illərin əvvəllərində “Zor”, “Sen Gibi” və “Mühürlü Kaderim” kimi məşhur hitləri ilə böyük populyarlıq qazanan "Nev" ləqəbli türkiyəli müğənni Nevzat Doğansoy xəstəxanaya yerləşdirilib.

Referans Media   "Haber Global"a istinadən xəbər verir ki, 57 yaşlı sənətçinin qaraciyər çatışmazlığı səbəbindən reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Müğənninin səhhəti ilə bağlı dostu Aytaç Budak sosial şəbəkə hesabında açıqlama verərək son vəziyyəti diqqətə çatdırıb:

"Nev bəyin reanimasiyada olduğu doğrudur, lakin səhhəti yaxşılığa doğru gedir. İnşallah, ən qısa zamanda sağlığına qovuşacaq. Dualarımız və xoş niyyətlərimiz onunladır. O, həqiqətən çox gözəl insandır".

Sənətçinin müalicəsi həkimlərin nəzarəti altında davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki