Rusiya zərbə endirəcək, hazırlaşın! – Tusk

Rusiya Moldova ilə sərhəd keçid məntəqələrinə hücum etdiyi kimi, Ukrayna ilə sərhəddəki keçid məntəqələrinə də zərbə endirə bilər.

Referans Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk xəbərdarlıq edib.

Onun sözlərinə görə, hadisədən bir gecə əvvəl Polşa və Ukrayna kəşfiyyat xidmətləri birgə olaraq nəzarət məntəqələrindən birinə qarşı birbaşa təhlükənin qarşısını alıblar, lakin əməliyyatın təfərrüatları açıqlanmayıb.

Varşava hesab edir ki, Moskva Kiyevi iqtisadi cəhətdən zəiflətmək üçün sərhəd infrastrukturunu və ticarət yollarını məhv etməyi hədəfləyir.

Tusk həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin ona qarşıdakı aylarda baş verə biləcək mümkün inkişaflar barədə kifayət qədər dəqiq hesabat təqdim etdiyini və Avropa ölkələrini şərq cinahında müxtəlif və təhlükəli ssenarilərə hazırlaşmağa çağırdığını bildirib./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki