Azərbaycanda ali təhsil müəssisələrində qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə kadr hazırlığı yenilənəcək.
Referans Media bildirir ki, bununla bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, dünyada gedən proseslərə baxanda bu ixtisasların olduqca aktual bir ixtisas olduğu görünür:
"Gənclərin getdikcə bu sahədə ixtisaslaşmağa çalışdıqlarını görürük. Ümumiyyətlə, bu gün dünyada qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsi ilə bağlı ciddi araşdırmalar var və gənclər də bu istiqamətə yönəlirlər. Təəssüf ki, Azərbaycanda reallıq bir az fərqlidir. Yəni bizdə daha çox humanitar sahəyə meyil var, bəzi istiqamətlərə daha çox meyil var. Bu da təbii ki, bu sahələrin inkişafına mənfi təsir göstərir. Eyni zamanda bu sahədə yeni proqramlara da, yeni yanaşmalara da ehtiyac var".
Millət vəkili hesab edir ki, Dövlət Proqramında bu kimi məsələlərin əksini tapması çox vacib, çox önəmlidir:
"Bu, bizə imkan verəcək ki, bu sahə üzrə mütəxəssisləri yetişdirək. Amma hesab edirəm ki, gələcək də bizdən onu tələb edir ki, bu sahədə Azərbaycanda sanballı, bilikli, dərin məlumatlara malik mütəxəssislər yetişsin. Çünki bu, bizim qarşımızda bir prioritet vəzifədir. Biz bunu mütləq şəkildə etməliyik. Etməsək, gələcəkdə bir sıra problemlərlə üzləşə bilərik. Bu yanaşmanı daha doğru, daha vacib hesab edirəm. İnanıram ki, Azərbaycanda bu sahədə proseslərə daha çox önəm veriləcək və bizim mütəxəssislərin yetişdiyini və formalaşdığını şahidi olacağıq. Çünki bu, çox vacib, çox zəruri, çox, olduqca xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir".
