Evdən tapılan iki meyitlə bağlı ŞOK TƏFƏRRÜAT - Əslində nə baş verib?

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Referans Media xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, evdə Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Yasəmən Süleymanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

R.Mustafayevin qadının həyatına son qoyandan sonra özünə qəsd etdiyi ehtimal olunur.

Hər iki şəxsin meyiti aidiyyəti üzrə məhkəmə-tibb ekspertizaya təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./“Qafqazinfo”/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki