Bakıda Türkiyə vətəndaşını mikroavtobus vurdu

Bakıda Türkiyə vətəndaşını avtomobil vurub.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində baş verib.

Türkiyə vətəndaşı, 1972-ci il təvəllüdlü Hüseyn Öztürkün avtomobili rayon ərazisində hərəkətdə olarkən nasazlıq yaranıb. O, avtomobilindən düşərkən arxadan gələn mikroavtobus idarəetməni itirib və Hüseyn Öztürkü vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki