Bakıda turistləri daşıyan avtomobil qəzaya uğradı

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib.

Əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil nasazlıq yaranıb və avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Şaiq Məmməd oğlu Qədirov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki