SENSASSİYA! Putin yeni müharibəyə hazırlaşır: Kəşfiyyat məlumat əldə edib   backend

SENSASSİYA! Putin yeni müharibəyə hazırlaşır: Kəşfiyyat məlumat əldə edib   

Rusiya genişmiqyaslı müharibəyə hazırlaşır və 2036-cı ilə qədər yenidən silahlanmaya təxminən 1,1 trilyon ABŞ dolları xərcləmək niyyətindədir.

Referans xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov deyib.

Budanovun sözlərinə görə, bu, Rusiyada Sovet İttifaqının dağılmasından sonra həyata keçirilən ən böyük silahlanma proqramı olacaq.

“Gələcək genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün Rusiya Federasiyasının siyasətinin, iqtisadiyyatının və cəmiyyətinin ümumi səfərbərliyi var”, deyə rəsmi şəxs bildirib.

Budanov xatırladıb ki, Rusiyada aparılan hərbi islahatlar çərçivəsində artıq iki yeni hərbi dairə – Moskva və Leninqrad yaradılıb, yeni diviziya, birləşmə və hərbi hissələrin formalaşdırılması da nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki