SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi hökumətin quruma neft ayırdığı ilə bağlı iddiaları təkzib edib.

Referans Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“Məsud Pezeşkianın dedikləri ilə bağlı hər hansı məlumatım yoxdur və bunun doğru olduğuna inanmıram.

SEPAH-ın müxtəlif hərbi bölmələrinin təchizatı və fəaliyyətinin davam etdirilməsi üçün maliyyə vəsaitinə ehtiyac var. Bunun təmin edilməsi dövlətin öhdəliyidir”, – deyə Möhəbi əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində keçirilən tədbirdə hökumətin Silahlı Qüvvələrə geniş dəstək göstərdiyini açıqlamışdı.

O bildirmişdi ki, dövlətə məxsus 20 milyon barel neft SEPAH-ın Aerokosmik Qüvvələrinin ixtiyarına verilib və ölkənin valyuta ehtiyatları da hərbi ehtiyacların qarşılanmasına yönəldilib./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki