Zelenskidən ordeni aldı: prezidentlik dövrünün rekordunu vurdu

Polşa Prezidenti Karol Navroçkinin Ukrayna Prezidenti Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsi onun reytinqini rekord səviyyədə artırıb.

Referans Media xəbər verir ki, bu barədə “Onet” portalı yazıb.

Araşdırmanın nəticələrinə görə, prezidentin fəaliyyətini respondentlərin 54,8%-i dəstəkləyir. Bu, bir ay əvvəlkindən 8,4% çoxdur. Eyni zamanda, 39,9% əks mövqedədir.

Qeyd olunur ki, bu göstəricilər Navroçkinin tarixində ən yüksək nəticədir.

“Prezident həmçinin unikal üstünlüyünü bərpa edib: onun müsbət qiymətləndirmələri mənfi rəylərdən xeyli çoxdur. Onun yüksək reytinqi Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsi ilə əlaqəli ola bilər”, – deyə nəşr bildirib.

Xatırladaq ki, Varşava və Kiyev arasındakı münasibətlər Polşa prezidenti Karol Navroçkinin Ukrayna lideri Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsindən sonra gərginləşib. Navroçki bu addımı Ukrayna Silahlı Qüvvələrinin bir briqadasına nasist tərəfdarlarının adının verilməsi və onların Volın qırğınlarında iştirakı ilə əsaslandırıb./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki