“Sevgililik sənədi” cinayət məsuliyyəti doğura bilər – Hüquqşünas XƏBƏRDARLIQ ETDİ backend

“Sevgililik sənədi” cinayət məsuliyyəti doğura bilər – Hüquqşünas XƏBƏRDARLIQ ETDİ 

  Sosial şəbəkələrdə yayılmış “sevgililik haqqında rəsmi sənəd” trendi cəmiyyətdə birmənalı qarşılanmayıb. Məzəli niyyətlə hazırlanmış bu məhsulda dövlət gerbinin təsvirinə yer verilməsi ciddi hüquqi suallar doğurub. Sosial media istifadəçiləri məsələni həm estetik, həm də hüquqi baxımdan müzakirə etməyə başlayıblar.

Məsələ ilə bağlı ehtiyatda olan polkovnik və hüquqşünas Şəmsəddin Əliyev Yenisabah.az-a açıqlama verib.

O bildirib ki, belə hallara qarşı vətəndaşlar səssiz qalmamalı, dövlət atributlarına qarşı hər hansı hörmətsiz yanaşma cəmiyyət və hüquq qarşısında sərt şəkildə qiymətləndirilməlidir: Dominos pizza

“Dövlət gerbinin təhrif olunmasına qarşı biganə qalmamalı, cəmiyyət bu hallara sərt reaksiya göstərməlidir. Azərbaycan Konstitusiyasında Azərbaycan vətəndaşlarının vəzifələri deyilən müddəalar var. Yəni bu vəzifələr icra edilmədiyi halda cinayət məsuliyyəti yaradır. Konstitusion vəzifələrin icrası məcburiyyət daşıyır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın dövlət himninə, gerbinə və bayrağına hörmətlə yanaşmalıdır. Əks təqdirdə, ciddi məsuliyyət yaranır. Bunlar ümumilikdə beynəlxalq hüququn subyekti kimi rol oynayan atributlardır. Bu baxımdan dövlət gerbi, himni və bayrağı haqqında hörmətsiz yanaşma həm cəmiyyətin əxlaq normaları, həm də beynəlxalq hüququn pozulmasıdır. Təqdim olunan videoda gerbin o şəkildə verilməsi qətiyyən doğru deyil!”

Hüquqşünas bildirib ki, belə hallar ölkə qanunvericiliyinə əsasən məsuliyyət yaradır, bu baxımdan da gerbə yönəlmiş hörmətsizlik cəmiyyətə açıq mesajla cavablandırılmalıdır ki, başqalarına da görk olsun:

“Azərbaycan gerbinin harada və necə istifadə olunması ilə bağlı dəqiq qaydalar mövcuddur. Mən bu halın bilərəkdən edilib-edilmədiyinin fərqində olduğum üçün hesab edirəm ki, müvafiq qurumlar — hüquq-mühafizə orqanları və Baş Prokurorluq bu məsələyə mütləq reaksiya verməlidir. Düşünürəm ki, belə də olacaq.

Belə vəziyyət ölkənin qanunvericiliyi ilə məsuliyyətə səbəb olur. Cinayət Məcəlləmizin 324-cü maddəsində dövlət bayrağı və gerbi barəsində təhqiredici hadisələr yaranarsa, vətəndaş 1 il müddətinə azadlıqdan məhrum edilir. Burada mənim fikrim odur ki, bizim dövlət gerbimizə qarşı hörmətsizlik büruzə verib, ona görə mütləq bu haqda sərt reaksiya verilməlidir ki, digər insanlara da görk olsun”.

//yenisabah.az



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki