Si Cinpin İrlandiyanı Çin–Aİ münasibətlərinin inkişafına töhfə verməyə çağırıb

Çin Xalq Respublikasının sədri Si Cinpin İrlandiyanın Avropa İttifaqına sədrlik edəcəyi dövrdə Dublin hökumətini Çin–Aİ münasibətlərinin sabit və sağlam inkişafında konstruktiv rol oynamağa çağırıb.

“Referans MEDİA” xəbər verir ki, Si Cinpin bunu İrlandiyanın Baş naziri Maykl Martinlə Pekində keçirilən görüş zamanı vurğulayıb. O bildirib ki, İrlandiya ilin ikinci yarısında Aİ-yə sədrlik edəcək və bu çərçivədə Çinlə Avropa arasında əlaqələrin müsbət məcrada inkişafına töhfə verə bilər.

Çin liderinin sözlərinə görə, Pekin və Brüssel münasibətlərdə tərəfdaşlıq yanaşmasını qoruyub saxlamalı, əlaqələrə uzunmüddətli perspektivdən baxmalı və mövcud fikir ayrılıqlarını obyektiv və rasional şəkildə həll etməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki