Türkiyə üzərindən hərəkət edən siklonun yaxın günlərdə Azərbaycanda hava şəraitinə təsir edəcəyi gözlənilir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, siklon aprelin 19-u axşam saatlarından etibarən ölkə ərazisinə təsir etməyə başlayacaq.
Onun sözlərinə görə, bu müddətdə yağışlı hava şəraiti müşahidə olunacaq: “Yağışın arabir intensivləşəcəyi, bəzi yerlərdə isə güclü olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə isə yağıntının sulu qar və qar şəklində düşəcəyi ehtimal olunur”.
Meteoroloq əlavə edib ki, bölgələrdə küləkli hava da müşahidə olunacaq: “Rayonlarda arabir güclənən şimal-qərb küləyi əsəcək”.
Qeyd edək ki, hava şəraitində dəyişikliklərin həftə sonu daha qabarıq hiss olunacağı proqnozlaşdırılır.
Gülnaz Abdullazadə.
