image-696d141197cdc696d141197cdd1768756241696d141197cda696d141197cdbbackend

Sırskı: Ukrayna yeni hücum əməliyyatları planlaşdırır

Ukrayna yalnız müdafiə ilə qələbə qazanmağın mümkün olmadığını nəzərə alaraq yeni hücum əməliyyatları planlaşdırır.

Referans MEDİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskı “lb.ua” portalına müsahibəsində bildirib.

Sırskının sözlərinə görə, Rusiyanın strateji planı dəyişməyib və bütün Ukraynanın işğalını nəzərdə tutur.

O qeyd edib ki, Ukrayna strateji müdafiə əməliyyatı aparacaq, lakin eyni zamanda hücum əməliyyatları da həyata keçiriləcək.

Baş komandan vurğulayıb ki, operativ təşəbbüsün saxlanılması qarşı tərəfi əhəmiyyətli insan resursları, silah və sursat cəlb etməyə məcbur edir və bu, Ukraynanın aktiv fəaliyyətlərinin davamı üçün vacibdir./Apa/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki