image-japon_sanae_takaichi-1024x682backend

Yaponiya baş naziri Putinə xəbər göndərdi

Yaponiya Baş naziri Sanae Takaiçi deputat Muneo Suzuki vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə xəbər göndərərək, Tokionun Moskva ilə münasibətlərinin vacib olduğunu və Ukraynada tez bir zamanda atəşkəs istəyini ifadə edib.

Referans MEDİA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin keçmiş analitiki Masaru Sato məlumat verib.

“Yaponiya mediasında Suzukinin 2025-ci ilin dekabr ayının sonunda Moskvaya səfəri ilə bağlı məqaləni oxuyanda elə təəssürat yarana bilər ki, Baş nazir Suzukinin Rusiyaya səfərinə soyuqqanlı yanaşıb, amma bu, belə deyil.

Moskvaya səfərindən əvvəl deputat Takaiçi və xarici işlər naziri Toşimitsu Motegi ilə görüşüb. Suzuki Baş nazir Takaiçidən Putinə şifahi mesaj alıb. İnanıram ki, mesaj Putinə çatdırılıb”, – Sato bildirib./Ölkə.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki