Suriya ordusu tərəfindən azad edilən Tabqa şəhərində terrorçuların törətdiyi ağır cinayətlərin izləri üzə çıxıb.
Referans Media xəbər verir ki, şəhəri tərk edən YPG üzvləri əsir saxladıqları mülki şəxsləri güllələyərək qətlə yetirib və izlərini gizlətməyə çalışıblar.
Video və foto materiallarda açıq şəkildə görünür ki, güllələnən şəxslərin cəsədləri məhz əsir saxlanılan məkanlarda tapılıb. Şahid ifadələri və kadrlar qətllərin planlı şəkildə həyata keçirildiyini göstərir.
Bununla yanaşı, daha bir sarsıdıcı fakt da üzə çıxıb. Şəhərdə yerləşən kilsənin yuxarı hissəsinin terror məqsədləri üçün istifadə edildiyi məlum olub. Həmin məkanda kamikadze dronların saxlanıldığı, dronların buradan havaya qaldırılaraq müxtəlif istiqamətlərdə partlayışlar törətdiyi bildirilir. Beləliklə, dini məkanın faktiki olaraq dron bazasına çevrildiyi təsdiqlənir.
Tabqa’da aşkarlanan bu faktlar YPG-nin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin miqyasını bir daha ortaya qoyur və beynəlxalq hüququn kobud şəkildə pozulduğunu göstərir.
Musavat.com























